Dövlət sektorunda çalışanların əmək haqları hər il artacaq
"Sentyabrda parlamentə müraciət edib büdcəyə düzəlişlər edəcəyik. Büdcə artacaq, çünki belə yüksək iqtisadi artım nəticəsində dövlətə əlavə gəlirlər yarandı".
InterPress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, dövlət qulluqçularının maaşı 2026-cı ilə qədər hər il ən azı 10% artacaq.
“Əlbəttə, qurumlara daha çox vəsait bölüşdürüləcək və daha çox layihə maliyyələşdiriləcək. Bu, həm də dövlət sektoru işçilərinin maaşlarını artırmağa imkan verir, 2020-ci ilə qədər dövlət sektorunda əməkhaqqı artımı faktiki olaraq yox idi, məncə, bu, böyük səhv idi. Özəl və dövlət sektorunun əmək haqları arasında fərq çox böyükdür və onu aradan qaldırmaq lazımdır. Yanvar ayında bütün dövlət qulluqçuları üçün maaşlar 10% artdı, ardınca 2026-cı ilə qədər hər il ən azı 10% artacaq və növbəti bir neçə il ərzində 50%-lik artıma nail olacağıq. Bu dinamikanı saxlamaq lazımdır, bizim yaxşı təşəbbüslərimiz var ki, onları ictimailəşdirəcəyik və sentyabrdan başlayacağıq. Mən bu müddət ərzində hakim komandanın saxladığı sabitliyin vacibliyini vurğulamaq istəyirəm, əhaliyə demək istəyirəm ki, biz sülhü və yüksək iqtisadi artımı qoruyub saxlayacağıq ki, bu da vətəndaşlarımız və ölkəmiz üçün daha çox firavanlıq deməkdir”, - İrakli Ğaribaşvili bildirib.


