Xulo bələdiyyəsində baş verən yol qəzası nəticəsində 26 yaşlı gənc ölüb, bir nəfər isə yaralanıb.
InterPress.ge xəbər verir ki, qəza mərkəzi magistral yolda yük maşınının yolun hərəkət hissəsindən çıxaraq dərəyə aşması nəticəsində baş verib.
Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Mülki Məcəllənin yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddəsi ilə istintaq başlayıb.
