31 
Iyl
2022
12:17
1104

Gürcüstanda əmək haqqı ayda iki dəfə verilə bilər

Gürcüstanda vergi tutulmayan minimum saatlıq əmək haqqı müəyyən edilə bilər.

lnterPress.ge xəbər verir ki, həmin qanun layihəsi ilə bağlı parlamentə vətəndaş Maka Mindiaşvili müraciət edib.

Təklifdə qeyd olunduğuna görə, minimum saatlıq əmək haqqı 5 lari müəyyən edilməlidir, nəticədə ay ərzində tam vergi tutulmayan minimum əmək haqqı 800 lari olacaq.

Bundan əlavə, vəzifənin iyerarxiyası ilə yanaşı, minimum saatlıq əmək haqqına hər saat üçün 1 lari əlavə edilməlidir. Bundan başqa, qanunvericilik təklifinə əsasən, həftə sonları və gecə növbələrində (saat 22:00-dan 06:00-dək) iş vergi tutulmayan minimum saatlıq əmək haqqının iki misli ilə ödənilməlidir.

Bundan əlavə, vətəndaşın təklifi ayda ən azı iki dəfə əmək haqqının ödənilməsini nəzərdə tutur.

Qeyd edək ki, qanunvericilik təklifinə baxılması Səhiyyənin Müdafiəsi və Sosial Məsələlər Komitəsinə tapşırılıb, o da qərarı Milli Məclisin Bürosuna təqdim etməlidir.

 

 

 

 

 

 

 

 

Bizimlə əlaqə saxlayın