Piter Siyarto: "Gürcüstana namizəd statusu verilməli idi"
"Gürcüstana namizəd statusu verilməli idi - Gürcüstana bu statusun verilməməsi qərarı təkcə Macarıstanın deyil, bütövlükdə Aİ-nin maraqlarına ziddir".
InterPress.ge xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Piter Siyarto Gürcüstanın xarici işlər naziri ilə görüşdə bildirib.
Piter Siyartonun qeyd etdiyinə görə, Gürcüstana statusun verilməməsi “gürcü millətinə hörmətsizlikdir və fürsəti boşa çıxarmaqdır”.
"Məncə, Gürcüstana namizəd statusu verilməli idi. Hesab edirəm ki, Gürcüstan və Gürcüstan əhalisi bu statusu layiqdir. Gürcüstana bu statusun verilməməsi qərarı təkcə Macarıstanın deyil, bütövlükdə Aİ-nin maraqlarına və Aİ-ni gücləndirmək cəhdinə ziddir. Bu qərar gürcü xalqına hörmətsizlikdir və fürsətlərin boşa getməsidir", - nazir qeyd edib.


