31 
Iyl
2022
11:21
399

Rusiya ordusu Nikolayev şəhərini bombalayıb

İyulun 31-nə keçən gecə Rusiya hərbçiləri Nikolayev şəhərini bombalayıb, yaşayış evlərinə ziyan vurub, bir neçə obyekti dağıdıb.

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna mətbuatı Nikolayevin meri Aleksandr Sienkeviçə əsaslanaraq yazıb.

“Düşmən bu gün Nikolayevə kütləvi hücum etdi.  Bu, yəqin ki, indiyə qədər edilən ən güclü hücum idi. Güclü partlayış səsləri saat 01:00-dan sonra və səhər saat 05:00 radələrində eşidildi.  Bir neçə obyekt dağıdıldı.  Yaşayış evlərinə ziyan dəydi”, - Sienkeviç bildirib.

KİV-in məlumatına görə, rus işğalçıları kaset bombalarından istifadə ediblər.

Xatırladaq ki, iyulun 30-na keçən gecə Rusiyanın Nikolayevi bombalaması zamanı 1 mülki şəxs həlak olub, 6 nəfər yaralanıb.

Bizimlə əlaqə saxlayın