31 
Iyl
2022
10:24
1463

“Azərbaycanla quru sərhədi hələ də bağlıdır”

"Azərbaycan tərəfinin quru sərhədini birtərəfli qaydada bağlaması ölkədə turizm üçün problemlər yaradır, çünki bu ölkədən kifayət qədər ziyarətçi gəlirdi".

InterPress.ge xəbər verir ki, bunu Cğaltubo Resort-un yaradıcısı Andro Cişkariani deyib.

“Gəlmə turizmi bu gün problemlərlə üzləşib.  Məsələn, sizə deyə bilərəm ki, Azərbaycanın quru sərhədi hələ də bağlıdır.  Bu ölkə turizm baxımından otelimiz üçün ən vacib ölkələrdən biri idi. Qara dəniz kurortları üçün də.

Bundan əlavə, reyslərin sayı bərpa edilsə də, istiqamətlər hələ tam bərpa olunmayıb.  Turistlərin əsas axını ərəb ölkələrindən gəlir, çünki onlar əsasən Batumi və Tbilisi ilə maraqlanırlar, Cğaltubo isə onların maraq dairəsində deyil.  Həmçinin, Avropadan gələn turistlərin sayı da xeyli azalıb”, -  Cişkariani bildirib.

Pandemiya başlayandan sonra Azərbaycan Gürcüstanla quru sərhədini bağlayıb.  Quru sərhədindən fərqli olaraq Azərbaycanla hava nəqliyyatı fasiləsiz olaraq həyata keçirilir.

Bizimlə əlaqə saxlayın