InterPress.ge xəbər verir ki, 12 yaşlı Lana Lukyanova və 13 yaşlı Sveta Tsovreli itkin düşüb.
Məlumata görə, artıq 4-cü gündür ki, itkin düşən azyaşlıları axtarırlar.
Azyaşlıların xalası bildirib ki, qızlar mağazaya getdiklərini deyiblər, bundan sonra evə qayıtmayıblar. Yaxınlarının sözlərinə görə, onlar artıq hüquq-mühafizə orqanına müraciət ediblər və polis azyaşlıları axtarır.
Xalanın verdiyi məlumata görə, yeniyetmə qızları Mtsxetada, sonra isə Tbilisidə, Vağzal meydanında görüblər. Qızlar telefonlarını evdə qoyduğu üçün onlarla mobil əlaqə yaratmaq mümkün deyil.
