29 
Iyl
2022
21:40
809

30 İyul Gürcüstanda matəm günü elan edildi

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Qudauridə Daxili İşlər Nazirliyinin Sərhəd Polisi helikopterinin qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin, xilasedicilərin və həkimlərin həlak olmasından kədərləndiyini bildirib.

InterPress.ge xəbər verir ki, hökumət başçısı mərhumun ailə üzvlərinə və yaxınlarına, o cümlədən Daxili İşlər Nazirliyinin rəhbərliyinə və ictimaiyyətə başsağlığı verir və dəstəyini əsirgəmir.

Baş nazirin bəyanatında bildirilir ki, faciə ilə əlaqədar iyulun 30-u ölkədə matəm günü elan ediləcək.

“Daxili İşlər Nazirliyinin Sərhəd Polisi helikopterinin Qudauridə qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin, xilasedicilərin və həkimlərin həlak olması ilə bağlı dərin hüznümü bildirirəm.

Bu çətin anlarda mərhumun ailə üzvlərinə və yaxınlarına, Daxili İşlər Nazirliyinin rəhbərliyinə, bütün cəmiyyətimizə dərin hüznlə başsağlığı verir və dəstəyini əsirgəmirəm. Faciə ilə əlaqədar iyulun 30-u ölkədə matəm günü elan ediləcək”, - baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın