29 
Iyl
2022
20:45
618

Daxili işlər nazirinin müavini DİN-in helikopterinin qəzaya uğradığı əraziyə yollanıb

Daxili işlər nazirinin müavini İoseb Çelidze DİN-in helikopterinin qəzaya uğradığı Qudauriyə səfər edib.

InterPress.ge xəbər verir ki, nazir müavini çox güman ki, mətbuata açıqlama və hadisə ilə bağlı əlavə məlumat verəcək.

Xatırladaq ki, Qudauridə yamac paraşütü ilə uçarkən 2 nəfər qayalığa yıxılıb. Əraziyə Daxili İşlər Nazirliyinin    sərhəd polisinə məxsus helikopter cəlb edilmişdi. Helikopter xilasetmə əməliyyatını yerinə yetirərkən idarəetməni itirərək qəzaya uğrayır və nəticədə qayaya çırpılaraq partlayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, helikopterin göyərtəsində 4 ekipaj üzvü, Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəetmə Xidmətinin 2 xilasedicisi, Nazirliyin Fövqəladə Halların Koordinasiyası və Təcili Yardım Mərkəzinin 2 tibb işçisi olmaqla 8 nəfər olub. 

Hava nəqliyyatının istismarı qaydalarının pozulması ilə bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər