07 
Fev
2020
15:58
946

Gürcüstanın keçmiş baş prokuroru bu vəzifəyə yenidən namizəd oldu

Gürcüstanın Prokurorluq Şurası İrakli Şotadzeni baş prokuror vəzifəsinə namizəd kimi irəli sürüb.

InterPress.ge xəbər verir ki, gizli səsvermə yolu ilə İ.Şotadzenin namizədliyinin lehinə şuranın 12 üzvündən 11-i səs verib.

Baş prokuror postuna ümumilikdə dörd namizəd olub.

İ.Şotadzenin baş prokuror kimi yekun təsdiqlənməsi üçün namizədliyi parlamentə təqdim olunacaq. Onun bu vəzifəyə təyin olunacağı Gürcüstan ictimaiyyətində böyük narazılıq yaradıb.

Qeyd edək ki, Gürcüstanın baş prokuroru Şalva Tadumadze ötən ilin dekabrın 12-də vəzifəsindən gedib. Buna səbəb onun Ali Məhkəmənin hakimi kimi təsdiqlənməsi olub.

İ.Şotadze isə 2018-ci ilin mayın 31-də istefa verib. O, bu vəzifəni 2015-ci ilin noyabrın 27-dən tutub. Onun istefasına səbəb Baş Prokurorluğun 2017-ci ilin dekabrın 1-də Tbilisidə 51 saylı ictimai məktəbin iki şagirdinin qətli ilə bağlı səs-küylü məhkəmə qərarını qüvvədə saxlamasından sonra kütləvi etirazlar olub.(report)

Bizimlə əlaqə saxlayın