"Bizim məhkəməmiz regionda seçilən məhkəmələrdən biridir".
lnterPress.ge xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Ğaribaşvili jurnalistlərin məhkəmə sistemi ilə bağlı sualını belə cavablandırıb.
Onun sözlərinə görə, Gürcüstanın məhkəmə sistemi əldə etdiyi nailiyyətlərlə Aİ-yə üzv olan bir çox ölkəni qabaqlayır.
"Bizim məhkəməmiz regionda seçilən bir məhkəmədir. Hətta öz nailiyyəti, hesabatlılığı və şəffaflığına görə bəzi Avropa İttifaqına üzv ölkələri belə qabaqlayır,"-deyə Ğaribaşvili qeyd edib.
