29 
Iyl
2022
11:49
357

San-Fransiskoda "Meymun çiçəyi" ilə bağlı fövqəladə vəziyyət elan edilib

San-Fransiskoda "meymun çiçəyi" nə yoluxma hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

lnterPress.ge xəbər verir ki, “The Guardinas”ın məlumatına görə, fövqəladə vəziyyət yerli hakimiyyət orqanlarına səfərbər olmaq üçün daha çox imkan verəcək.

San-Fransisko İctimai Səhiyyə Departamentinin məlumatına görə, indiyədək şəhərdə 261, bütövlükdə ABŞ-da isə 4600-dən çox meymun çiçəyi hadisəsi təsdiqlənib.

Şəhərin səhiyyə işçisi Syuzan Fillipsin sözlərinə görə, San-Fransisko virusun yayılma mərkəzinə çevrilib. Hazırda ABŞ-da meymun çiçəyi hallarının artması ilə əlaqədar qaydalar tətbiq etmək planları yoxdur, baxmayaraq ki, San-Fransiskodakı yerli səhiyyə təşkilatları virusun yayılmasını vaxtında dayandırmaq üçün testlərə daha asan və daha geniş çıxışı müdafiə edirlər.

Bizimlə əlaqə saxlayın