29 
Iyl
2022
09:34
812

Gəlirlər Xidməti bəzi KiV-lər tərəfindən gömrük-keçid məntəqələri ilə bağlı yayılan məlumatlara münasibət bildirdi

Bəzi KİV-lər tərəfindən guya Gürcüstan-Rusiya sərhədində “gömrükçülər artıq sərhədə nəzarət edə bilmir” kimi yayılan məlumatlar yalandır.

InterPress.ge xəbər verir ki, bu barədə Gəlirlər Xidmətinin açıqlamasında bildirilib.

“Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti bəzi KİV-lərin ölkə ərazisində beynəlxalq yükdaşımalara nəzarət, eləcə də “Kazbegi” gömrük-keçid məntəqəsində sərhəd-keçid prosedurları ilə bağlı hazırladığı süjetlərə və orada bildirilən iddialara cavab vermək istəyir.

Maliyyə Nazirliyinin Gəlirlər Xidməti tam məsuliyyəti ilə bəyan edir ki, guya Gürcüstan-Rusiya sərhədində “Yük və sərnişinlərin nəzarətsiz girişi” və “Gömrükçülər artıq nəzarət edə bilmirlər” kimi yayılan məlumatlar – məqsədyönlü yalan və dezinformasiyadır.

Gəlirlər Xidməti bir daha izah edir ki, bütün regionda nəqliyyat yük axınının artması ilə əlaqədar ölkənin bütün gömrük-keçid məntəqələri xüsusi iş rejiminə keçib.

Bundan əlavə, sanksiyalar siyahısına daxil edilmiş bütün məhsullar üçün gömrük risklərinin idarə edilməsi üzrə yeni profillər yaradılıb və onlar ciddi nəzarətdən keçir.

Yuxarıda qeyd olunanlara əsasən, gömrük rəsmiləşdirilməsinin təhlükəsiz və səmərəli həyata keçirilməsi üçün yük axınının müəyyən müddətə gecikdirilməsi mümkündür. Başqa bir vacib hal var, yəni - Rusiya Federasiyası tərəfindən yenilənmiş infrastruktur işləri, gömrük-keçid məntəqəsində yeni elektron qeydiyyat sistemlərinin tətbiqi ilə əlaqədar olaraq, beynəlxalq yükdaşımaları həyata keçirən yük maşınlarının hərəkəti göstərilən qaydalara uyğun olaraq həyata keçirilir və Gürcüstandan çıxan avtomobillərə nəzarət proseslərində isə qismən ləngimə var.

Burada izah edirik ki, turizm mövsümünün başlanması ilə əlaqədar sərnişin və yüngül nəqliyyat vasitələrinin axını xeyli artıb.

Yuxarıda göstərilənlərə əsasən, “Kazbegi” xüsusi 24 saatlıq iş rejiminə keçib. Gürcüstan-Rusiya Federasiyasının sərhədindən keçirilən mallara/avtomobillərə/sərnişinlərə gömrük nəzarətinin daha da gücləndirilməsi məqsədilə gömrük işçilərinin sayı artırılıb. Qeyd edək ki, cari nəzarət tədbirləri barədə bütün beynəlxalq tərəfdaşlarımız məlumatlandırılır.

Maliyyə Nazirliyinin Gəlirlər Xidməti bir daha KİV-ləri ölkənin təhlükəsizliyi və nüfuzu üçün daha məsuliyyətli olmağa, məqsədi ictimaiyyəti çaşdırmaq olan dezinformasiya yaymamağa çağırır", - deyə bəyanatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın