28 
Iyl
2022
14:24
737

Polis narkotik cinayətlərinə görə 20 nəfəri saxladı

Ölkə üzrə həyata keçirilən tədbirlər nəticəsində polis tərəfindən narkotik cinayətləri törətdiklərinə görə 20 nəfər, o cümlədən 14-ü narkotik alveri ilə məşğul olan şəxslər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Kvemo Kartli, İmereti və paytaxtın müxtəlif rayonlarında, o cümlədən Poniçala qəsəbəsində narkotik satmaqda ittiham olunaraq 14 narkotik alverçisi saxlanılıb.

Hakimin qərarı əsasında Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən bir sıra məxfi istintaq tədbirləri aparılıb, nəticədə təqsirləndirilən şəxslərin narkotik vasitələrin sistemli şəkildə satışı ilə məşğul olması müəyyən edilib. Həmçinin, hakimin qərarı əsasında bir neçə dəfə müxtəlif növ narkotik vasitələrin alışına nəzarət və həmin alışların gizli audio-video çəkilişi həyata keçirilib. Tbilisi, Acarıstan, Quriya, İmereti, Kvemo Kartli və Şida Kartli hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin şəxsi və yaşayış evlərinə baxış keçirərkən xüsusilə külli miqdarda narkotik vasitə götürüblər.

Narkotik cinayətləri faktları üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260, 261, 19-260, 262, 265, 276, 236 və 273-cü maddələri ilə aparılır. Daxili İşlər Nazirliyi ölkədə narkotiklərin yayılmasına və narkotik cinayətlərinə qarşı barışmaz mübarizəni fəal şəkildə davam etdirir.

Bizimlə əlaqə saxlayın