Bəzi dərman vasitələri üçün istinad qiymətləri müəyyən ediləcək
2023-cü ilin əvvəlindən konkret dərman vasitələri üçün istinad qiymətləri müəyyən ediləcək.
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Birinci mərhələdə xroniki və onkoloji xəstəliklərin müalicəsi üçün dərman vasitələrinə qiymətlərin yuxarı həddi müəyyən ediləcək. Səhiyyə nazirinin müavini İlia Ğuduşaurinin izah etdiyinə görə, istinad qiymətlərinin müəyyən edilməsi islahatların tərkib hissələrindən biridir, məqsədi vətəndaşları ən əlverişli və keyfiyyətli səhiyyə və dərman vasitələri ilə təmin etməkdir.
İlia Ğuduşaurinin qeyd etdiyinə görə, istinad qiymətləri generiklər səviyyəsində müəyyən ediləcək və xüsusi bir generik satmağa qərar verən hər bir şirkət müəyyən edilmiş tarifdən yüksək qiymət təyin etməməyə borclu olacaq.


