İstintaq xidməti aksizsiz siqaret saxlayan bir nəfəri saxladı
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində külli miqdarda aksiz markası ilə markalanmalı olan aksiz markası olmayan malların saxlanması faktına görə 1 nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı İstintaq Xidməti yayıb.
Məlumata görə, istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxsin Tbilisidəki evindən ümumi dəyəri 9658 lari olan 2195 qutu müxtəlif aksizsiz siqaretlər götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsinin 2-ci hissəsi ilə aparılır ki, bu da 4 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.
“İstintaq Xidməti qeyd olunan kateqoriyadan olan cinayətlərin açılması və qarşısının alınması məqsədilə intensiv istintaq-əməliyyat tədbirlərini davam etdirir.
Cari il ərzində aksizsiz siqaretlərin saxlanması, daşınması və satışı ilə bağlı 174 nəfər ifşa edilib. İfşa olunmuş şəxslərdən ümumi bazar dəyəri 2 000 000 lari olan müxtəlif adda 403 min qutu aksizsiz siqaret götürülüb", - məlumatda qeyd olunub.


