Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında 4,3 bal gücündə zəlzələ baş verib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Yer Elmləri İnstitutunun Milli Seysmik Monitorinq Mərkəzi yayır.
“Bu gün Tbilisi vaxtı ilə saat 03:48-də Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında maqnitudası 4,3 bal olan zəlzələ baş verib", - deyə məlumatda bildirilir.
