27 
Iyl
2022
15:18
371

Eka Qiqauri: “Gürcü Arzusu”nun Avropa Birliyinin bizdən tələb etdiyi addımları atmağa siyasi istəyi yoxdur

"Çox təəssüf ki, onların [hakim komandanın] qeyri-konstruktivliyi və ölkənin mənafeyinə uyğun olmayan hərəkətləri nəticədə bizim tarixi şansımızı itirməyimizə gətirib çıxaracaq – ağıllarını başlarına alsınlar".

InterPress.ge xəbər verir ki, bu barədə “Beynəlxalq şəffaflıq - Gürcüstan” təşkilatının sədri Eka Qiqauri Avropa Komissiyasının 12 bəndinin icrasını müzakirə etdikləri müxalifət və qeyri-hökumət təşkilatlarının görüşündən əvvəl jurnalistlərə bildirib.

Qiqaurinin izah etdiyinə görə,  indiki mərhələdə “Gürcü Arzusu”nun Avropa Birliyinin bizdən tələb etdiyi addımları atmağa siyasi istəyi yoxdur.

“Təəssüf ki, hakim partiya gəlmədi.  Onların nə qədər qeyri-konstruktiv olduğunu görürük.  Əslində, indiki mərhələdə Avropa Birliyinin bizdən tələb etdiyi addımları atmağa siyasi istəkləri yoxdur. Bu cox pisdir.

Onların ilin sonuna qədər nə edəcəkləri ilə bağlı çox pis gözləntilərimiz var. Çox təəssüf ki, onların [hakim komandanın] qeyri-konstruktiv və ölkənin mənafeyinə uyğun olmayan hərəkətləri nəticədə bizim bu tarixi fürsəti əldən verməmizə gətirib çıxaracaq. Ağıllarını başlarına alsınlar. Bütün müzakirələr Avropa İttifaqının bizim qarşımıza qoyduğu tələblərin yerinə yetirilməsinə yönəldilməlidir”, - Qiqauri qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər