27 
Iyl
2022
13:27
1699

“Avqustun əvvəlindən Gürcüstanda yanacağın qiyməti düşəcək”

“Avqustun əvvəlindən Gürcüstanda yanacağın qiyməti düşəcək”.

InterPress.ge xəbər verir ki, Neft İdxalçıları İttifaqının rəhbəri yanacağın gələn aydan etibarən ucuzlaşacağını proqnozlaşdırıb.

Onun sözlərinə görə, qiymətin ucuzlaşmasına səbəb bir tərəfdən larinin məzənnəsinin möhkəmlənməsi, digər tərəfdən isə beynəlxalq bazarda neftin qiymətinin ucuzlaşmasıdır.

“Larinin möhkəmləndiyini və beynəlxalq bazarda neftin ucuzlaşdığını nəzərə alsaq, məndə olan məlumata görə, avqustun əvvəlindən, yəni gələn həftədən, bəlkə də bu həftənin sonundan etibarən yanacağın qiyməti mütləq enəcək. Beynəlxalq bazarda eniş iyun ayından başlayıb, baxmayaraq ki, azalma son 2 həftədə daha intensiv olub;  Müvafiq olaraq, bu, tezliklə Gürcüstan bazarında da özünü göstərəcək”, - Vano Mtvralaşvili bildirib.

Bizimlə əlaqə saxlayın