DİN 20-yə yaxın avtomobili ələ keçirən və lizinq şirkətinə 200.000 lari maddi ziyan vuran 12 nəfəri saxladı
Daxili İşlər Nazirliyi qrup halında həyata keçirilən dələduzluq və mənimsəmək ittihamı ilə 12 nəfəri saxlayıb, 6 nəfərə qarşı ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Daxili İşlər Nazirliyinin qeyd etdiyinə görə, təqsirləndirilən şəxslər bir-biri ilə lizinq müqavilələri bağlayaraq, lizinq şirkətinin nümayəndələrini aldadıb, sonradan şirkətə bir dəfə də olsun ödəniş etməyib, avtomobilləri lizinq şirkətinə qaytarmayıblar.
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları aktiv kompleks istintaq və əməliyyat tədbirləri nəticəsində Tbilisi, İmereti, Sameqrelo, Quriya və Acarıstan regionunda 12 nəfər saxlayıb, 6 nəfərə qarşı ittiham irəli sürüb.
Bu şəxslər qrup tərəfindən əvvəlcədən razılaşdırılaraq dələduzluq və mənimsəmə cinayətlərinə görə saxlanılıblar: 1997-ci il təvəllüdlü T.T., 1987-ci il təvəllüdlü A.Ç., əvvəllər məhkum olunmuş 1976-cı il təvəllüdlü K.D., 1997-ci il təvəllüdlü A.P., 1997-ci il təvəllüdlü İ.Ç., 1995-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş A.S., 1992-ci il təvəllüdlü Ş.Ş., 1985-ci il təvəllüdlü Q.Q., əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü U.B., 1995-ci il təvəllüdlü X.K., 1994-cü il təvəllüdlü Z.X. və əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü P.M.
Eyni faktla bağlı qiyabi ittiham irəli sürülüb: 1988-ci il təvəllüdlü Ç.N., 1978-ci il təvəllüdlü T.K., 1991-ci il təvəllüdlü T.Ç., 1972-ci il təvəllüdlü K.T., 1984-cü il təvəllüdlü İ.T. və 1990-cı il təvəllüdlü M.T.
Cinayət əməlləri nəticəsində təqsirləndirilən şəxslər 20-yə yaxın avtomobili qanunsuz olaraq ələ keçirib və lizinq şirkətinə 200.000 lari maddi ziyan vurublar.
İstintaq Cinayət Məcəlləsinin 180-ci maddəsinin ikinci hissəsinin “a” və “b” yarımbəndləri, 3-cü hissənin "b" yarımbəndi, 182-ci maddənin 2-ci hissəsinin "q" yarımbəndi və 3-cü hissənin "b" yarımbəndi ilə aparılır ki, bu da əvvəlcədən razılaşmış qrup tərəfindən külli miqdarda ziyan vuran dələduzluq və mənimsəməni nəzərdə tutur.
Cinayət 4 ildən 9 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


