Rustavidə 11 yaşlı uşağı pitbul dişləyib
Rustavidə 7-ci mikrorayonda 11 yaşlı uşağı pitbul dişləyib.
InterPress.ge xəbər verir ki, məlumatı “İnfo Rustavi” yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, azyaşlı həyətdə oynayarkən qarajın qapılarından birini açıb və orada pitbul olub. İt qapını açan kimi oğlana hücum edərək onu dişləyib. Hadisə şahidlərinin sözlərinə görə, həyətdəkilər uşağı itin əlindən ala biliblər, bu zaman bir neçə nəfər yüngül xəsarət alıb, pitbulu isə yenidən qaraja kilidləyiblər.
Xəsarət alan 11 yaşlı uşaq təcili tibbi yardım briqadası tərəfindən şəhərin mərkəzi klinikasına çatdırılıb.
Tibb müəssisəsindən bildirilib ki, uşağın bədəninin müxtəlif nahiyələrində bir neçə dişləmə izi var, lakin həyati təhlükəsi yoxdur və ona bütün lazımi tibbi yardım göstərilir.


