26 
Iyl
2022
13:33
533

"Diim" adlı xidmət iti Tbilisdi Hava Limanında 394,83 qram marixuana aşkar edib

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük İdarəsinin kinoloqu və narkotik vasitələrin axtarışı və aşkar edilməsi üzrə təlim keçmiş “Diim” adlı xidmət iti “Tbilisi Hava Limanı” gömrük-keçid məntəqəsində İran İslam Respublikasının vətəndaşı S.F.-nin çantasına baxış zamanı 394,83 qram narkotik vasitə olan marixuana aşkar ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə Gəlirlər Xidməti məlumat yayıb.

İş materialları əlavə cavab verilməsi üçün Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinə təhvil verilib.

Polis hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin marixuana və psixotrop maddələrin qanunsuz alınmasını, saxlanmasını və qanunsuz olaraq Gürcüstana gətirilməsini nəzərdə tutan 261-ci maddəsinin 1-ci hissəsi, 262-ci maddəsinin 1-ci hissəsi və 273-cü maddəsinin 2-ci hissəsi ilə araşdırmalara başlayıb. 

Gürcüstan ərazisində gömrük-keçid məntəqələrində təhlükəsizlik nəzarəti kinoloqlar  və narkotiklərin/qaçaqmal tütün məmulatlarının aşkar edilməsi üçün xüsusi təlim keçmiş 29 it tərəfindən həyata keçirilir.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər