Kobaxidze təhqir etdiyi jurnalistlə bağlı açıqlama verdi
"Dünən "Mtavari"nin jurlanistlərindən biri elə bir çirkinliyə cəhd etdi ki, buna "Mtavari"dən çoxu cəhd edə bilməzdi. Üstəlik, bu sualı verəndə çənəsi titrədi, sözün əsl mənasında ağzından selik gəldi".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcü Arzusunun sədri İrakli Kobaxidze sosial şəbəkədə yazıb.
"Gənc insan bu vəziyyətə çatanda artıq tam aydın olur ki, Milli Hərəkatın şərinin nə gücü var. Dünən bizə bir daha xatırlatdı ki, Milli Hərəkatın fəalı olmaq qeyd-şərtsiz Pavlikamorozov deməkdir. Dünən “Mtavari”nin jurnalistinin çirkin təhqirinə məhəl qoyan və ona verilən cavabı pisləməyə cəhd edənlər də Pavlika Morozovlardır. İnqa Qriqolia, Qiorqi Tarqamidze, Levan Xabeişvili, Nikanor Melia və tigər tacirlərin (sözü hərfi və məcazi mənasında), bu balaca kişilərin və balaca qadınların bu hərəkətləri heç kimi təəccübləndirmədi. Salome Zurabişvilinini də Morozovlar ailəsinə qatılması heç kimi təəccübləndirmədi. Bolşeviklərlə və Pavlika Morozovla barışmaqla depolarizasiyaya nail olmaq olmaz. Gürcüstan bu dərsi 100 il əvvəl öyrənib. Depolarizasiya yalnız 2024-cü ilə qədər bütün diqqətimizi yönəldəcəyimiz depavlikizasiya yolu ilə mümkündür", - deyə o yazıb.


