Qamğrelidze: "Panikaya səbəb yoxdur"
"Son iki həftə ərzində Gürcüstanda koronavirusun artım tempi azalıb, ona görə də panikaya səbəb yoxdur".
InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bəyan edib.
"Artım sürəti azalıb, ona görə də burada panikaya düşəcək heç nə yoxdur. Epidemiya vəziyyəti tam idarə olunur, yoluxmaların sayı əsasən yüngüldür və idarəetmə mənzil səviyyəsində aparılır, xəstəxanaya yerləşdirmə nisbətən azdır və Gürcüstanda bu gün ümumilikdə 600 nəfər xəstəxanaya yerləşdirilib. Ölkədə effektivliyi 90%-ə qədər olan birbaşa təsir göstərən virusa qarşı dərman var. Yəni bu, o deməkdir ki, əgər xəstə ilk gündən müalicə olunarsa, belə halda ağırlaşma və xəstəxanaya yerləşdirilmə ehtimalı çox aşağıdır”, - deyə Qamğrelidze bildirib.


