25 
Iyl
2022
11:07
1122

“İkinci əl avtomobillərin qiymətləri hər gün artır”

“Gürcüstanda ikinci əl idxal olunan avtomobillərin qiyməti artıb".

InterPress.ge xəbər verir ki, bu barədə “Global Auto Import” şirkətinin təsisçisi Vano Biçinaşvili məlumat verib.

Onun qeyd etdiyinə görə, qiymət artımının bir neçə səbəbi var, o cümlədən yeni avtomobillər üçün çiplərin istehsalı problemi var və nəticədə beynəlxalq bazarda ikinci əl avtomobillərə tələbat artıb.

“Hər şeyə əlavə olaraq, nəqliyyat xərcləri 80% artıb.  Nəticədə ötən ilin dekabrından etibarən “Global Auto Import”da avtomobillərin qiymətləri 30% artıb. Yəni, avtomobilin alınmasına tələbat artıb, lakin onun çatdırılması mürəkkəbləşib.  Bizim şirkətdə bu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobillərin qiymətləri 100% artıb.  Təəssüf ki, qiymətlər hər gün artır”, -  Vano Biçinaşvili bəyan edib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər