Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində 60-a yaxın kurs iştirakçısına sertifikat təqdim edilib - FOTO
Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində 6 aylıq İngilis və Gürcü dili kurslarını bitirən 60-a yaxın kurs iştirakçısına sertifikat təqdim edilib.
InterPress.ge xəbər verir ki, tədbirdə incəsənət, ictimaiyyət və siyasət adamları, mətbuat nümayəndələri, tanınmış ziyalılar iştirak ediblər.
Qonaqlar arasında rayonun hörmətli ziyalıları Ramiz Bəkirov, Əlixan Yahyaoğlu və şair İbrahimxəlil Tamıyev də iştirak edib.
Qonaqlar arasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Vəsilə Vahidqızı və Nərman Əliyev olub.
Mərkəzin direktoru Rezo Həsənov tədbiri giriş sözü ilə açıq elan edərək, qonaqları, mərkəzin üzvlərini və media nümayəndələrini salamlayıb, mərkəzin yaranma məqsədi, görülən və görüləcək işlərlə bağlı ətraflı məlumat verib. O, bu layihənin Bolnisi rayonu üçün çox vacib olduğunu bildirib və Gürcü və İngilis dilinin əhəmiyyətindən danışıb.
Həmçinin onuda qeyd edək ki, "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi" 2021-ci ilin noyabr ayından aktiv fəaliyyətə başlayıb. Bu günə kimi Bolnisi rayonunda yaşayan yüzdən çox şagird, müəllim, tələbə və digər vətəndaşlar mərkəzin ödənişsiz təşkil etdiyi dil kurslarından yararlanıb.


