23 
Iyl
2022
12:33
1414

Gürcüstanda aylıq əməkhaqqı minimum 800 lari ola bilər

Gürcüstanda saatlıq əməkhaqqı müəyyən edilə bilər.  

InterPress.ge xəbər verir ki, sözügedən qanun layihəsi ilə bağlı parlamentə vətəndaş Maka Mindiaşvili müraciət edib.

Təklifdə oxuduğumuza görə, minimum saatlıq əmək haqqı 5 lari müəyyən edilməlidir, nəticədə ay ərzində tam vergi tutulmayan minimum əməkhaqqı 800 lari olacaq.

Bundan əlavə, vətəndaşın təklifində vəzifə iyerarxiyası ilə birlikdə minimum saatlıq əməkhaqqına saat üçün 1 lari əlavə edilməsi nəzərdə tutulur. Bundan başqa, qanunvericilik təklifinə əsasən, həftə sonları və gecə növbələrində (saat 22:00-dan 06:00-dək) ​vergi tutulmayan minimum saatlıq əməkhaqqı iki misli ilə ödənilməlidir.

Qanunvericilik təklifinə baxılması Sağlamlığın Müdafiəsi və Sosial Məsələlər Komitəsinə tapşırılıb, o da qərarı Parlamentin Bürosuna təqdim etməlidir.

Bizimlə əlaqə saxlayın