23 
Iyl
2022
12:22
8478

DİQQƏT! Avtomobillərlə bağlı yeni qanunlar qüvvəyə minir

Daxili İşlər Nazirliyi tərəfindən yol hərəkəti təhlükəsizliyinin keyfiyyətinin yüksəldilməsi məqsədilə hazırlanmış yeni qanun layihəsinə əsasən,  avtomobili qəsdən sürüşdürmək və yaxud sürüşmə ilə dairəvi fırlatmaq üçün cərimə tətbiq edilir.

InterPress.ge xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun verdiyi məlumata görə, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən müəyyən edilmiş sürət həddini 40 km/saatdan artıq sürətlə aşması 150 lari deyil, 300 lari cərimə ilə nəticələnəcək.

“Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” və “Gürcüstanın Yol hərəkəti haqqında qanununa əlavələr edilməsi haqqında” Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan qanunlayihələri artıq parlamentə göndərilib.

Qanun layihəsinə əsasən, İnzibati Xətalar Məcəlləsində dəyişiklik müəyyən edilib: drift üçün cərimə tətbiq edilir. Sanksiya kimi 300 lari cərimə tətbiq edilir və sürücülük vəsiqəsinin 30 balı azaldılır. Drift zərərə səbəb olursa, bu, ağırlaşdırıcı haldır. Bu, 500 lari məbləğində cərimə və sürücülük vəsiqəsinin 35 balının azaldılması ilə nəticələnəcək.

Qeydiyyatdan çıxarılan nəqliyyat vasitəsini idarə etmək cəzaya səbəb olacaq. Bunun üçün 2000 lari məbləğində cərimə tətbiq ediləcək və sürücülük vəsiqəsinin 30 balı azaldılacaq.

Müvafiq orqanla razılaşaraq və/və ya qanunla müəyyən edilmiş xüsusi avadanlıq və rəngdə olan avtomobilin onu müşayət etməməsi nəticəsində yolda hərəkət edən iriqabaritli nəqliyyat vasitəsinin sürücüsünə 100 lari deyil, 1000 lari məbləğində sanksiya tətbiq ediləcək və qeyd olunan xəta zərərə səbəb olarsa, 250 lari əvəzinə 2000 lari cərimə tətbiq olunacaq.

Qanunvericiliklə müəyyən edilmiş qaydaları pozaraq şüşələri qaralmış nəqliyyat vasitəsini idarə etmək 50 lari deyil, 500 lari cərimə ilə nəticələnəcək.

İstismarı zamanı yaranan səs-küyün səviyyəsi müəyyən edilmiş normaları üstələyən avtomobillərin sahibləri cərimələnəcək. Sanksiya olaraq, 100 lari məbləğində cərimə tətbiq ediləcək və sürücülük vəsiqəsindən 10 bal azaldılacaq. Birinci mərhələdə qanunvericilik bazası tənzimlənəcək, sonradan səs-küy ölçən avadanlıqlar alınacaq.

Gürcüstanın “Yol hərəkəti haqqında” qanununa da dəyişiklik edilir. Bir sıra qanun pozuntularına görə sürücülük vəsiqəsinə verilən balların sayının azaldılması nəzərdə tutulub.

 

Bizimlə əlaqə saxlayın