Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülissa Allahşükür Paşazadə ilə görüşüb.
InterPress.ge xəbər verir ki, bu barədə Parlamentin mətbuat xidməti məlumat yayıb.
Onların məlumatına görə, görüş zamanı Şalva Papuaşvili qeyd edib ki, Gürcüstan ilə Azərbaycanı Respublikası çoxəsrlik dostluq əlaqələri birləşdirir.
"Parlamentin sədri Gürcüstanın müxtəlif etnik və ya dini qrupların cəmiyyətə inteqrasiyasını təşviq etmək səylərindən danışıb.
Tərəflər regiondakı çağırışları müzakirə edib və regional sülh və sabitliyin vacibliyini vurğulayıblar.
Şalva Papuaşvili qeyd edib ki, Gürcüstan regionda dialoqun təşviqinə davam etməyə hazırdır”, məlumatda deyilir.
