22 
Iyl
2022
19:20
400

Gürcüstan Prokurorluğu Duşetidə zorlama cəhdi ilə bir nəfərlə bağlı qərar qəbul edib

Gürcüstan Prokurorluğu Duşetidə bir nəfəri zorlama, qanunsuz azadlıqdan məhrum etmə və hədələmədə ittiham edib.

InterPress.ge xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Verilən məlumata görə, Daxili İşlər Nazirliyində aparılan istintaqla müəyyən edilib ki, iyulun 3-də gecə saatlarında təqsirləndirilən şəxs zərərçəkmişi avtomobilinə kilidləyərək zor tətbiq edərək, zorlamağa cəhd edib, lakin qurbanın müqaviməti nəticəsində uğursuz olub. Bundan sonra təqsirləndirilən şəxs sosial şəbəkə vasitəsilə zərərçəkmişi zorlamaq və sağlamlığına zərər vurmaqla hədələyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi iyulun 21-də yaxalayıblar. Prokurorluq ona Gürcüstan Cinayət Məcəlləsinin 19137-ci maddəsinin birinci hissəsi (zorlama cəhdi), 143-cü maddəsinin birinci hissəsi, 2-ci hissəsinin “c” bəndi (başqa bir cinayətin törədilməsinə şərait yaratmaq məqsədilə qanunsuz olaraq azadlıqdan məhrum etmə) ilə ittiham edib. 

Artıq prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Cinayət işinin istintaqı davam etdirilir”, - deyə qurumun açıqlamasında bildirilir.

Bizimlə əlaqə saxlayın