22 
Iyl
2022
11:42
363

Ukraynada müharibə başlayandan indiyədək Rusiya tərəfindən 36 383 cinayət qeydə alınıb

Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ukrayna hüquq-mühafizə orqanları Rusiya Federasiyası tərəfindən törədilmiş 36 383 cinayəti qeydə alıb.

InterPress.ge xəbər verir ki, məlumatı Ukrayna mətbuatı Baş Prokurorluğa əsaslanaraq yayıb.

Onların hesabatlarına görə, 24 632 müharibə və təcavüz cinayəti qeydə alınıb ki, onlardan 23 721-i müharibə qanunlarının və adətlərinin pozulması, 73-ü təcavüzkar müharibənin planlaşdırılması, hazırlanması və ya başlanması, 21-i hərbi təbliğat, 817-si isə digər cinayətlərlə bağlıdır.

Milli təhlükəsizlik əleyhinə törədilmiş 11751 cinayət də qeydə alınıb.

Bundan əlavə, məlumata görə, iyulun 22-nə Rusiyanın Ukraynaya genişmiqyaslı silahlı təcavüzü nəticəsində 358 uşaq həlak olub, 683-dən çox uşaq isə yaralanıb.

Bizimlə əlaqə saxlayın