22 
Iyl
2022
10:18
394

"Depolarizasiyaya görə məsuliyyəti hakimiyyət özü üzərinə götürməlidir” - Prezident

"Depolarizasiya etmək üçün kifayət qədər məsuliyyət götürmüşəm. Mən üç nəfəri - Uqulava, Okruaşvili və Ruruanı əfv etdim və bitdi".

InterPress.ge xəbər verir ki, Prezident Salome Zurabişvili “Birinci Kanal”a müsahibəsində “Mtavari Arxi”nin təsisçisi Nika Qvaramiyanın əfv olunmasının mümkünlüyü ilə bağlı sualı belə cavablandırıb.

Prezidentin bəyan etdiyinə görə, hazırda yaranmış qütbləşməyə son qoymaq məsuliyyəti hakimiyyətin üzərinə düşür. Salome Zurabişvili bir daha diqqətə çatdırıb ki, ölkə statusun verilməsi məsələsi ilə bağlı qərar gözlədiyi bir vaxtda Nika Qvaramiyaya qarşı hökm oxunması anlaşılmazdır.

“Onlar məhkəməni təyin edəndə çox yaxşı bilirdilər ki, bu reaksiyalar olacaq.  Bütün işıqların üzərinizdə olduğunu bildiyin halda bunu niyə edirsən, bu, başa düşülməyən hərəkətlərdən biridir.

Vaxtsız addımlar atmamaq üçün bu depolarizasiyaya görə məsuliyyəti hakimiyyət özü üzərinə götürməlidir”, - Zurabişvili bildirib.

Qvaramiya işinin hakimi Laşa Çxikvadzenin ABŞ-ın Gürcüstandakı səfiri tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı ittihamına və bu kontekstdə hakim partiyanın bəyanatlarına gəlincə, prezidentin sözlərinə görə, “Kimlərsə nələrsə dediyi üçün səfirin əleyhinə səslənən ittihamlar çox pisdir”.

“Nə baş verdiyini bilmirəm.  Amerika səfiri bunu təsdiqləmir.  Amerika səfirinə qarşı açıq şəkildə ittihamların səsləndirilməsi çox pisdir”, - deyə Prezident bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər