21 
Iyl
2022
14:07
1162

Marneulidə evlənmək məqsədilə qız qaçıran şəxs saxlanıldı

Hüquq-mühafizə orqanları Marneulidə evlənmək məqsədilə qız qaçıran və onu qanunsuz olaraq azadlıqdan məhrum edən 33 yaşlı şəxsi saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, cinayət əməlində daha bir şəxs iştirak edib və o da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli rayon şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş N.N.  və 1977-ci il təvəllüdlü R.M-ni qanunsuz olaraq azadlıqdan məhrum etmə ittihamı ilə saxlayıblar.

İstintaq müəyyən edib ki, təqsirləndirilən N.N., 2002-ci il təvəllüdlü F. O. ilə evlənmək məqsədilə onu qanunsuz olaraq azadlıqdan məhrum edib. Qeyd olunan cinayət əməlində hazırda təqsirləndirilən şəxs qismində saxlanılan R.M. - da iştirak edib.

İntensiv axtarış və istintaq tədbirləri nəticəsində polis qaçırılan qızın yerini müəyyən edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları N.N. və R.M.-ni  təqsirləndirilən şəxs qismində saxlayıb.

Qeyri-qanuni azadlıqdan məhrum etmə faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər