Mərkəz rəhbəri: "Keçən avqustdakı kimi dalğanın olacağını gözləmirik"
"Koronavirusun yayılma sürəti son bir həftədə azalıb - cəmiyyətdə panika yoxdur, bizdə ötən avqustdakı kimi dalğanın olacağı proqnozlaşdırılmır".
InterPress.ge xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət Milli Mərkəzin rəhbəri Amiran Qamğrelidze epidemioloji vəziyyətlə bağlı danışarkən deyib.
Amiran Qamğrelidzenin bəyan etdiyinə görə, ölkədə epidemiya vəziyyət tamamilə idarə olunur.
“Bilirsiniz ki, yeni yoluxma halları artmaqdadır. Epidemiya vəziyyətinə xas olan bütün göstəricilər artıb, lakin çoxalma indeksinin azalması, yəni yayılmanın intensivliyi, yayılma sürətinin son bir həftədə azalması bir az təsəllivericidir. Son bir həftədə yoluxma sayı əvvəlki həftədəki kimi iki dəfə artmayıb. Virusun yayılma sürəti azalıb. Ölkəmizdə əsasən BA.4 və BA.5, əsasən BA.5 ştammı dövr edir. Ən əsası isə ölüm halları artmır, bizdə gündə 1 ölüm olur, ya yox. Klinikalarda da yük çox deyil. BA.5 əsasən yüngül gedişata sahibdir. Hallarda artım var, amma ictimaiyyətdə panika yoxdur, bizdə ötən avqustdakı kimi dalğanın olacağı proqnozlaşdırılmır. Ölkədə epidemiya vəziyyət tam idarə olunur", - deyə o söyləyib.


