İrakli Kobaxidze: "Bütün regionlarda görüşlər planlaşdırmışıq"
“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze və regional katib Dimitri Samxaradze Ambrolauridə partiyanın Raça-Leçxumi-Kvemo Svaneti yerli təşkilat rəhbərləri, bələdiyyə merləri və Sakrebulo sədrləri ilə görüşüblər.
InterPress.ge xəbər verir ki, Ambrolauri, Oni, Tsageri, Lentexi və Mestianın majoritar deputatı Qoça Enukidze, Raça-Leçxumi-Kvemo Svaneti bölgəsi üzrə dövlət nümayəndəsi Parmen Marqvelidzenin də iştirak etdiyi iclasda hakim partiyanın orta müddətli planları müzakirə edilib.
“Bütün bölgələrdə partiyamızın nümayəndələri, aktivlərimiz, şəhər şuralarının üzvləri, bələdiyyə sədrləri, qubernatorla görüş planlaşdırmışıq. Söhbət indiki siyasi proseslərdən, ötən aylar ərzində ölkəmizdə baş verən və davam edən hadisələrdən gedir. Təbii ki, söhbət partiyanın planlarından da gedir. Bu gün bizim Raça-Leçxumi-Kvemo Svaneti bölgəsində belə bir görüşümüz oldu. Komanda yoldaşlarımızla bu mövzularda danışdıq”, - deyə İrakli Kobaxidze bildirib.
Raça-Leçxumi-Kvemo Svaneti ilə yanaşı, bu həftə “Gürcü Arzusu”nun liderləri partiyanın Acarıstan və Quriyadakı yerli təşkilatlarının rəhbərləri, bələdiyyə merləri və Sakrebulo sədrləri ilə görüşüblər.


