Rustavi şəhərinin 15-ci mikrorayonunda yerləşən mənzillərdən birində dünən yanğın baş verib.
InterPress.ge İnfoRustavi-yə istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürən xilasedicilər səfərbər olunublar. Araşdırmalar nəticəsində məlum olub ki, yanğın mətbəxdə gözlənilmədən yaranıb. Yanğın vaxtında söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
