19 
Iyl
2022
20:10
463

“Sadaxlı Avtomobil” və “Qırmızı Körpü” gömrük-keçid məntəqələrində bəyan edilməmiş qızıl-zinət əşyalarının ölkəyə gətirilməsinin qarşısı alınıb

Gömrükçülər bəyan edilməmiş qızıl-zinət əşyalarının ölkəyə gətirilməsinin qarşısını alıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

“Sadaxlı Avtomobil” və “Qırmızı Körpü” gömrük-keçid məntəqələrində gömrük əməkdaşları tərəfindən Gürcüstan və Rusiya Federasiyası vətəndaşları S.A. və O.İ.-yə məxsus baqajlara baxış keçirilməsi nəticəsində, bəyan edilməmiş qızıl-zinət əşyaları (ümumi çəkisi - 105,68 qram) aşkar edilib.

Bəyan edilməmiş malların ümumi gömrük dəyəri 4 476,83 lari təşkil edib”, - məlumatda deyilir.

Onların sözlərinə görə, Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə əsasən, qanunu pozan vətəndaşlara qarşı sanksiya kimi 4476,83 lari məbləğində cərimə tətbiq edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər