19 
Iyl
2022
19:54
2144

Kutaisi hava limanı bu tarixlərdə bağlı olacaq

Kutaisi hava limanı oktyabrın 10-dan 24-dək bağlı olacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Aeroportlar İttifaqı məlumat yayıb.

Hava limanında uçuş-enmə zolağının bünövrəsi hissəsində təmir işləri nəzərdə tutulub.  2,5 km-lik uçuş-enmə zolağının tam bərpası planlaşdırılır.

Kutaisi hava limanında fəaliyyət göstərən aviaşirkətlər reabilitasiya dövründə Gürcüstanın digər hava limanlarına uçuşları davam etdirmək və ya 2 həftə ərzində  tamamilə dayandırmaq barədə özləri qərar verəcəklər.

"Kutaisi Beynəlxalq Hava Limanının uçuş-enmə zolağının bərpası nəzərdə tutulur. Planlaşdırılan infrastruktur layihəsi oktyabrın 10-dan oktyabrın 24-dək həyata keçiriləcək.

Uçuş-enmə zolağının bünövrəsi olan hissəsində təmir işləri aparılacaq və bu səbəbdən bu müddət ərzində Kutaisi hava limanında uçuşlar mümkün olmayacaq və hava limanı iki həftə müddətinə bağlı olacaq.

Kutaisi Beynəlxalq Hava Limanının 2,5 km uzunluğunda uçuş-enmə zolağının tam planlı reabilitasiyası planlaşdırılır. Kutaisi hava limanında fəaliyyət göstərən aviaşirkətlər reabilitasiya dövründə Gürcüstanın digər hava limanlarına uçuşları davam etdirmək və ya 2 həftə ərzində tamamilə dayandırmaq barədə özləri qərar verəcəklər.

Kutaisi hava limanının planlaşdırılan reabilitasiyası üçün 8 milyon lari dəyərində tender elan edilib və bu tender Hava Limanları İttifaqının gəlirləri hesabına tam şəkildə həyata keçiriləcək”, - Gürcüstan Hava Limanları İttifaqının yaydığı məlumatda deyilir.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər