19 
Iyl
2022
12:44
679

Gürcüstandan yerli ixrac artıb

2022-ci ilin yanvar-iyun aylarında Gürcüstandan ixrac olunmuş malların həcmi (bəyan olunmamış ixrac olmadan) 2 558,7 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,6 faiz çoxdur.

lnterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.

Onların hesabatlarına görə, yerli ixrac ümumi ixracın 73,5 faizini təşkil edir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,3 faiz artaraq 1880,6 milyon ABŞ dollarına bərabər olub.

“2022-ci ilin yanvar-iyun aylarında Gürcüstanın ümumi yerli ixracında on ən böyük ölkənin payı 81,6 faiz təşkil edib. Bu baxımdan ən böyük ixrac tərəfdaşları bunlardır: Çin (376,2 milyon ABŞ dolları), Türkiyə (240,2 milyon ABŞ dolları) və Bolqarıstan (224,1 milyon ABŞ dolları).

2022-ci ilin yanvar-iyun aylarında mis filizləri və konsentratları yerli ixracın ilk onluğunda 533,1 milyon ABŞ dolları ilə birinci yerdədir, bu əmtəə qrupunun ümumi yerli ixracda payı 28,3 faiz təşkil edir. İkinci yerdə 295,6 milyon ABŞ dolları ilə ferroərintilər (ümumi yerli ixracın 15,7 faizi), üçüncü yerdə isə 165,8 milyon ABŞ dolları ilə azot gübrələri (ümumi ixracın 8,8 faizi) qərarlaşıb", - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın