19 
Iyl
2022
09:19
1096

Gürcüstandan İtaliyaya ilbiz ixrac ediləcək

Laqodexidə yerləşən Gürcüstan-İtaliya sərmayəsi ilə yaradılmış ilbiz fermasının məhsulu 2023-cü ilin yazında İtaliyaya ixrac ediləcək.

InterPress.ge xəbər verir ki, ixrac “JİDİBİES” şirkəti tərəfindən həyata keçiriləcək.

Şirkətin təsisçisi Şota Burcanadze bildirib ki, artıq təcrübəli italiyalı tərəfdaşla (Cherasco) 5 illik müqavilə bağlanıb. Onun izahatına görə, fermanın təşkilində tərəfdaşlarla yatırılan ümumi investisiyanın məbləği 100 min avroya qədərdir.

“İmzalanmış müqaviləyə əsasən, Gürcüstan ilbizlərin yetişdirilməsi üçün torpaq resursu kimi istifadə olunur.  Bu ilin noyabrında ilk dəfə alacağımız məhsulu İtaliya tərəfi 2023-cü ilin martında alacaq. İlbizlər "Cherasco" metodologiyası ilə yetişdiriləcək.  Birinci mərhələdə 2 hektar sahədə ilbiz ferması tikdik, 2023-cü ilin martında 10-15 ton məhsul gözləyirik”, - Burcanadze bildirib.

Qiymətə gəlincə, onun sözlərinə görə, İtaliyada ilbizin 1 kq-ın qiyməti 5-6 avro arasında olacaq.

“Bu məhsul təkcə restoranlarda deyil, müxtəlif şəbəkə və kiçik marketlərdə də satılacaq”.  - Burcanadze bəyan edib.

Bizimlə əlaqə saxlayın