18 
Iyl
2022
14:55
1615

Nazir çörəyin qiyməti ilə bağlı açıqlama verdi

"Buğdanın idxalının qiyməti ilə bağlı yekun qərar verilməyib".

lnterPress.ge xəbər verir ki, bu barədə Ekologiya və Kənd Təsərrüfatı Naziri Otar Şamuqiya bildirib.

Şamuqiyanın sözlərinə görə, nazirliyin çörəyin bahalaşmasına səbəb olmayan belə bir müqavilə bağlaması vacibdir.

Onun sözlərinə görə, hazırda Gürcüstanda buğdanın biçini prosesi gedir ki, bu da dəyirmanların fəaliyyətinə müəyyən qədər töhfə verəcək.

“Buğda məsələsinə gəlincə, biz dəyirmanlarla, assosiasiyalarla daim əlaqə saxlayırıq. Biz uzun müddətdir ki, bu məsələlər üzərində işləyirik. Təbii ki, eyni zamanda bazarda gedən prosesləri də müşahidə edirik. Son zamanlar buğdanın qiymətinin aşağı salınması baxımından müəyyən dəyişiklik olub. Bundan əlavə, qeyd etmək lazımdır ki, hazırda məhsul yığımı prosesi aktiv şəkildə davam edir ki, bu da dəyirmanların fəaliyyətinə öz töhfəsini verəcək.

Təbii ki, biz bu prosesləri müşahidə edib, son nəticədə bununla bağlı hansı tədbirlərin görülə biləcəyi ilə əlaqədar onlarla razılaşaraq qərar verəcəyik. Hələlik yekun qərar verilməyib, razılıq əldə olunmayıb. Əhalimizin çörəklə bağlı hər hansı çətinliyi olmayacaq və çörəyin qiyməti artırmayacaq” – deyə Otar Şamuqiya bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər