Parlamentin növbədənkənar sessiyası çərçivəsində iclasların keçirilməyəcəyi açıqlandı - SƏBƏB?
Parlamentin növbədənkənar sessiyası çərçivəsində iclaslar keçirilməyəcək. Buna səbəb isə parlament çoxluğunun növbədənkənar iclaslarda iştirak etmək niyyətində olmamasıdır.
lnterPress.ge xəbər verir ki, bu barədə parlament çoxluğunun üzvü Qivi Mikanadze bu gün parlamentdə keçirilən brifinqdə bildirib.
“İyulun 18-dən dırnaqarası növbədənkənar sessiya ilə əlaqədar bir daha bəyan edirik ki, biz radikal müxalifətin planladığı və nəticəsinin heç bir perspektivi olmayan paralel, uydurma təxribat prosesində iştirak etmək fikrində deyilik. Fraksiyamızın 81 üzvündən heç biri növbədənkənar sessiyada iştirak etməyəcək”, - deyə Mikanadze bildirib.
Xatırladaq ki, prezident müxalifətin xahişini nəzərə alaraq iyulun 18-dən növbədənkənar sessiya çağırmışdı.


