21 
Iyn
2020
21:28
499

Mamuka Mdinaradze: "VMH partiyası növbəti dəfə ictimaiyyəti aldadır"

“Vahid Milli Hərəkat" partiyası tərəfindən özünü reklam və digər xoşagəlməz addımlar davam edir. Növbəti dəfə ictimaiyyəti aldadırlar. Guya layihəni dəstəkləyirər amma səs vermirlər".

InterPress.ge xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri Mamuka Mdinaradze deyib.

“Bu günlər ərzində dediklərim baş verdi. “ Gürcü arzusunun 92 deputatı qanun layihəyə dəstək oldu. Bilirsiniz ki, Vətənpərvərlər alyansının bir üzvü qanunlayihəyə səs vermədi. Ümumi cəmdə 136 deputat konstitusiya dəyişikliyi qanunlayihəsinə dəstək səsi verdi. Müxalifət partiyanın açılamasına gəldikdə isə onlar deyirlər ki, dəstəkləyirik amma səs vermirlər. Vahid Milli Hərəkat partiyası tərəfindən özünü reklam və digər xoşagəlməz addımlar davam edir. Real olaraq “ VMH “ partiyası başa düşdü və keçirilən tədqiqatlarda əmin etdi ki, onlar konfiqurasiyaya gedə bilmirlər. Bundan irəli gələrək onların yalnız bir yolu var oda destabilizasiya. Onların destabilizasiya çərçivəsində seçki planı və layihəyə səs vermək uyğun gəlmir”, - dedi Mdinaradze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər