Mixeil Saakaşvilinin işinə amerikalı məhkəmə ekspertləri cəlb olunacaqlar
Mixail Saakaşvilinin işinə amerikalı məhkəmə ekspertləri cəlb olunub. Üçüncü prezident tibbi və psixiatrik müayinədən keçəcək.
InterPress.ge xəbər verir ki, Saakaşvilinin vəkili Şalva Xaçapuridzenin sözlərinə görə, yaxın bir neçə gün ərzində mütəxəssislər Gürcüstana gələcəklər.
Xarici ekspertlər tərəfindən hazırlanacaq hüquqi sənəd yəqin ki, hökmün təxirə salınması üçün əsas olacaq.
Bir həftədən artıqdır ki, danışıqlar apardığımız "Aketman" şirkəti ilə razılıq əldə olunub, müqavilə bağlanıb. Ekspertlər iki növ iş görəcəklər. Onlar kompleks məhkəmə, tibbi və psixiatrik ekspertiza keçirəcək, ikincisi, Saakaşvilinin cəzasının təxirə salınması və ya azadlığa buraxılması ilə bağlı hüquqi təhlil aparacaq və hüquqi rəy verəcəklər, - Xaçapuridze deyir.


