17 
Iyl
2022
17:44
1224

Gürcüstanda yaşayan ukraynalı qaçqınlara hökumət pul yardımı ayıracaq

Gürcüstana daxil olan ukraynalı məcburi köçkünlər hər ailə başı 300 lari alacaqlar.

InterPress.ge xəbər verir ki bu dəyişiklik hökumətin 13 iyul 2022-ci il tarixli qərarı ilə nəzərdə tutulub.

Tbilisi meriyasının yaydığı məlumata görə, ukraynalı məcburi köçkünlərə yardımın formatı dəyişir, əgər indiyə qədər Tbilisi meriyası Ukraynadan mühacirət etmiş ailələri mehmanxanada qalmaqla təmin etmişdilərsə avqust ayından yardımlar nağd şəkildə veriləcək.

"Tbilisi meriyası Rusiya-Ukrayna müharibəsinin ilk günlərində xüsusi proqrama start verib - Gürcüstana gələn və mənzillə bağlı bizə müraciət edən Ukrayna vətəndaşları meriya tərəfindən müxtəlif mehmanxanalarda qalmaqla və üç dəfə yeməklə təmin etmişdilər.
Proqram çərçivəsində Tbilisi artıq 5100-dən çox insanı qəbul edib, onlardan 2300-dən çoxu paytaxtın 40 mehmanxanasında məskunlaşıb. Bu məqsədlə büdcədən ümumilikdə 11 milyon vəsait xərclənib. 

Sözügedən proqrama Tbilisi meriyası bu ilin martında başlayıb və avqustun 1-dək davam edəcək.

Gürcüstan hökumətinin 13 iyul 2022-ci il tarixli 1254 saylı qərarına əsasən, Ukraynada davam edən hərbi əməliyyatlar nəticəsində Gürcüstana daxil olmuş Ukrayna vətəndaşları bu ilin iyulun 15-dən hər bir ailəyə 300 lari, hər əlavə üzv üçün 45 lari məbləğində pul yardımı ayrılacaq. Bundan əlavə, beynəlxalq təşkilatlar (Dünyaya Baxış və BMT QAK) adambaşına 235 lari məbləğində yardım paketini nəzərdən keçirir.

Yuxarıda göstərilənlərə əsasən, 31 iyul 2022-ci il tarixində Tbilisi meriyası cari proqramı dayandıracaq”, - meriyanın bəyanatında deyilir.

Bizimlə əlaqə saxlayın