17 
Iyl
2022
13:33
392

Kobuletidə gənc həmkəndlisi tərəfindən qətlə yetirilib

Kobuletinin Xala kəndində gənc həmkəndlisi tərəfindən qətlə yetirilib. 

InterPress.ge xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Məlumata görə, gənci qətlə yetirməkdə təqsirləndirilən şəxs artıq saxlanılıb, o, özü təslim olub.

“O, balıq tutmağa getmişdi.  Gecə qayıdanda xüsusi maska ​​taxmışdı. Eyni zamanda həmkəndlimiz də həmin yolda hərəkət edirdi, qaranlıqda adam olduğunu anlamadı, təəssüf ki, gəncin səsi çıxmadı. 43 yaşlı kişi onun ayı olduğunu zənn edib və bu səbəbdən onu vurub. Gənc  yerindəcə ölüb, qətl şübhəlisi hüquq-mühafizə orqanlarına təslim olub, gecə boyu istintaq tədbirləri davam etdirilib.

Hadisə kənd yolunda, Çakvistavidə baş verib”, - deyə Nodar Kaxidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər