Qudauridə paraşüt qəzaya uğrayıb, insan tələfatı olub.
InterPress.ge xəbər verir ki, məlumatı Fövqəladə Hallar Xidmətindən təsdiqləyiblər.
Qəza zamanı iki nəfər paraşütdə olub, onlardan biri ölüb, xilasedicilər digərini xilas edə biliblər. O, təcili yardım briqadası tərəfindən tibb müəssisəsinə aparılıb.
