Paata İmnadze bu ayın sonunda və payızda koronavirusun pik həddinin olacağını açıqladı
Dünyanın bir çox ölkəsində olduğu kimi Gürcüstanda da koronavirus hələ də yayılmaqdadır. Yay fəslinə baxmayaraq, ölkəmizdə çox sayda virusa yoluxma qeydə alınır.
InterPress.ge xəbər verir ki, bununla bağlı Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze açıqlama verib.
Onun sözlərinə görə, Gürcüstanda koronavirusun pik həddi bu ayın sonu və payızda olacaq.
"Koronavirusun pik həddi bu ayın sonunda olacaq, biz hardasa avqustun əvvəlində pik həddi keçəcəyik. Növbəti pik hədd payızda olacaq. Avqustda koronavirusun pikinin yanvar-fevraldakı kimi güclü olacağını düşünmürən, çünki ölkədə immun təbəqə kifayət qədərdir.
Payızda isə immunitet azalacaq, ona görə də mən yenə də vətəndaşlara peyvənd vurdurmağı tövsiyə edərdim, çünki immunitet sistemi növbəti dalğanı qarşılamağa hazır olacaq. Peyvəndlə bağlı fikrimiz dəyişməyib. Bu proses başlayandan bəri biz eyni şeydən danışırıq, peyvənd seçim üçündür, qalanı insanlardan, nə qədər istifadə edəcəklərindən asılıdır", - deyə o söyləyib.


