Gürcüstanda zəlzələ olub.
InterPress.ge xəbər verir ki, bu barədə Yer Elmləri İnstitutunun Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ Tbilisi vaxtı ilə saat 06:13-də qeydə alınıb və 3,3 bal gücündə olub.
Zəlzələnin episentri Kvemo Kartlidə, Sameba kəndi yaxınlığında olub.
