Prokurorluq Marneulidə baş vermiş qətl hadisəsi ilə əlaqədar bəyanat yayır
InterPress.ge Gürcüstan Prokurorluğunun Marneulidəki qətllə bağlı açıqlamasını təqdim edir.
"Gürcüstan Prokurorluğu Marneuli bələdiyyəsində baş vermiş qəsdən adam öldürmə faktı ilə bağlı bir nəfərə qarşı ittiham irəli sürüb.
Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, iyulun 14-də Marneuli bələdiyyəsinin İkinci Kosalı kəndində keçmişdə baş vermiş mübahisədən dolayı qisas almaq məqsədilə A.İ ov tüfəngi ilə T. P- ya atəş acib. T.P aldığı xəsarət nəticəsində xəstəxanaya aparıldıqdan az sonra dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi iyulun 15-də yaxalayıblar. O, Gürcüstan Cinayət Məcəlləsinin 10 ildən 15 ilədək həbsi nəzərdə tutan 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
Artıq prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət edib”, - məlumatda deyilir.


